Zəlzələ zamanı çəkilən görüntülər böyük ajiotaj  yaratdı
02 aprel 2026 15:50 (UTC +04:00)

Zəlzələ zamanı çəkilən görüntülər böyük ajiotaj yaratdı

0

Egey dənizində baş verən zəlzələ zamanı Türkiyə və Yunanıstan səmasında görünən qeyri-adi işıq şüaları diqqəti cəlb edib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, görüntülər sosial mediada tez bir zamanda yayılsa da, mütəxəssislər bu fenomenin "zəlzələ işıqları" kimi tanınan nadir təbii hadisə ola biləcəyini bildiriblər. Bunun Yer qabığında elektrik yüklərinin toplanması nəticəsində havanın ionlaşması nəticəsində yarandığına inanılır. 

Şahidlər zəlzələ zamanı səmada qısa müddətə yüksələn işıq parıltılarının gördüyünü bildiriblər. Müxtəlif yerlərdən qeydə alınan görüntülərdə işıqlar qısa, lakin intensiv şəkildə görünür. 

Mütəxəssislər bu cür hadisələrin "zəlzələ işıqları" kimi tanınan nadir bir təbii hadisə ola biləcəyini söyləyirlər. Bu işıqların zəlzələ zamanı Yer qabığında yığılan elektrik yüklərinin havanı ionlaşdırması nəticəsində yarandığına inanılır. 

Alimlərin fikrincə, zəlzələ işıqları hər təkanda görünmür və onların əmələ gəlməsi hələ də tam izah olunmayıb. Lakin bu cür görüntülər yeraltında yığılan enerjinin səthə əks olunması kimi şərh olunur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 447

Oxşar yazılar