Yeniyetmələr arasında intihar sayını  necə azaltmaq olar? – Psixiatrlar danışdı
25 may 2023 13:57 (UTC +04:00)

Yeniyetmələr arasında intihar sayını necə azaltmaq olar? – Psixiatrlar danışdı

Psixiatrlar yeniyetmə oğlanlar arasında intiharların sayını azaltmağın yolunu tapıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bipolyar pozğunluq diaqnozu oğlanlarda intihar nisbətlərini azaldır. 

Karolinska İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, bipolyar pozğunluq diaqnozu qoyulmuş yeniyetmələrin daha çox olduğu İsveç bölgələrində oğlan uşaqları daha az intihar edir. 

Bir araşdırmaya görə, intihar nisbətlərini azaltmaq üçün psixi pozğunluqların daha aktiv diaqnostikasının vacibliyinə işarə edir.

Tədqiqat zamanı 2008-2021-ci illər ərzində İsveçin bütün regionlarının məlumatlarından istifadə ediblər. Bu yaş qrupunda 585 təsdiqlənmiş intiharı əhatə edən nəticələr, bipolyar pozğunluq diaqnozu qoyulmuş gənclərin faizində böyük regional fərqlər göstərir.

“Nəticələrimiz göstərir ki, oğlanlar arasında intihar nisbətləri ən çox bipolyar pozğunluq diaqnozu qoyulan bölgələrdə ən az diaqnoz qoyulan bölgələrlə müqayisədə təxminən 5% aşağıdır. Bu onu deməyə əsas verir ki, İsveçdə yeniyetmə oğlanlar arasında intihar nisbətini pozğunluq diaqnozu və müalicəsinin təkmilləşdirilməsi ilə azaltmaq olar”, - deyə alimlər izah ediblər.

Bipolyar pozğunluq adətən 12-25 yaş arasında başlayır və təkrarlanan maniya və depressiya təsirləri ilə xarakterizə olunur. Əvvəlki araşdırmalar göstərir ki, bipolyar pozğunluğun diaqnozu və müalicəsi altı ilə qədər çəkə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Sevinc Fərid

Oxşar yazılar