Yeni il  ən gözəl hansı ölkələrdə qeyd edilir? – ARAŞDIRMA
29 noyabr 2023 19:07 (UTC +04:00)

Yeni il ən gözəl hansı ölkələrdə qeyd edilir? – ARAŞDIRMA

Yeni ilə az müddət qalıb. Artıq bir çox ölkələrdə yolkalar bəzənib, bayram yarmarkaları açılıb. Bəzi Avropa şəhərləri var ki, onlar bu vəzifəni ən möhtəşəm şəkildə yerinə yetirir. Belə ki, hər ölkənin özünəməxsus adətləri, ənənələri var. Amma bayramı çox fərqli və dəbdəbəli formada keçirmək istəyirsinizsə, seçimlərinizdə daha diqqətli olmalısınız. 

Bəs, yeni ili belə möhtəşəm şəkildə qeyd etmək üçün hansı ölkələrə getmək olar? 

İstər fərqli bir təcrübə yaşamaq, istərsə də küçədə minlərlə insanla birlikdə yeni ilə coşğu ilə girmək istəsəniz, təqdim edəcəyimiz 10 ölkəyə səyahət edə bilərsiniz. 

Lent.az kiçik bir araşdırma edərək Avropada Yeni il gecəsini qeyd edə biləcəyiniz ən gözəl şəhərlərin siyahısını təqdim edir: 

Berlin – Almaniya

Açıq havada füsunkar Yeni il gecəsi keçirilən şəhərlərdən biri Almaniyanın paytaxtı Berlindir. Hər il yeni il axşamında şəhərə bir milyona yaxın insan çıxır. “Brandenburg Gate”də məşhur DJ-lərin və qrupların çıxış etdiyi bu parti sizə heç vaxt unuda bilməyəcəyiniz bayram gecəsi bəxş edə bilər. Unutmayın ki, Almaniya Milad bazarları ilə də məşhurdur.

Madrid – İspaniya

Madrid sakinləri və şəhərə gələn turistlər Yeni il gecəsi “Puerto del Sol” meydanında saatın qarşısına toplaşır və burada hər kəs 12 üzüm yeyir. Bunun yeni ildə onlara xoşbəxtlik və sevgi gətirəcəyinə inanırlar. Yerli ritualları sevirsinizsə, Madriddə çox fərqli bir Yeni il təcrübəsi yaşaya bilərsiniz. Bundan əlavə, “Gran Via”da möhtəşəm atəşfəşanlıq nümayişləri də olur. 

Reykyavik – İslandiya

İslandiya çox kiçik bir ölkədir. Bunun üçün də Yeni il şənlikləri Berlindəki kimi izdihamlı və parlaq keçmir. Ancaq buna baxmayaraq digər şəhərlərdə olan atəşfəşanlıq, rəqs və musiqi ilə izdihamlı Yeni il gecələrindən heç də geri qalmır. Üstəlik, İslandiyada heç vaxt unuda bilməyəcəyiniz bir Yeni il təcrübəsi yaşaya bilərsiniz. Çünki vaxtaşırı peyda olan və insanların onları görmək üçün axın etdiyi Şimal İşıqları Yeni il şənlikləri fonunda möhtəşəm mənzərə yaradır.

Paris – Fransa

Adı əsasən romantik tətillərlə anılsa da, Paris həm də Yeni il şənlikləri üçün əla şəhərdir. Parisdə yeni ilə qədəm qoyarkən Eyfel qülləsinin füsunkar işıq şoularına baxa və musiqinin müşayiəti ilə Yelisey çöllərində küçə əyləncələrinə qatılaraq doyunca rəqs edə bilərsiniz. 

Amsterdam – Hollandiya

Amsterdam Yeni il gecəsi üçün əla şəhərlərdən biridir. Çünki şəhərin hər küncündə fərqli küçə şənliyi keçirilir. Hələ də ən böyük bayram əyləncəsində iştirak etmək istəyirsinizsə, “Dam”, “Museumplein”, “Nieuwmarkt” və ya “Rambrandtplein” kimi meydanları ziyarət etməlisiniz. Həmçinin kanalın üzərindəki körpülərdən birində oturub atəşfəşanlığa baxa, səhərə qədər klublarda əylənə və Milad bazarlarından gözəl şeylər ala bilərsiniz.

Bansko – Bolqarıstan

Bansko əvvəllər adi və kiçik dağ kəndi kimi tanınırdı. Ancaq daha sonralar xizək kurortunun tikintisi ilə şəhər Yeni il gecəsi üçün çox xüsusi məkana çevrilib. Bu il Bansko bayram tətiliniz üçün ideal yer ola bilər. Avropanın ən yaxşı xizək kurortlarından biri olan Bansko həm əyləncəli, həm də maddi tərəfdən qənaətcil olan tətil ünvanıdır.

Praqa – Çexiya

Praqa Yeni il sevincinin doya-doya yaşandığı şəhərlərdən biridir. Siz Mala Strana və 1-ci rayonda küçə əyləncələrinə qatıla və ya Astronomik Saat, Charles Körpüsü və ya Praqa qalası ətrafında toplaşan insanlara qarışaraq gözəl vaxt keçirə bilərsiniz. Üstəlik, Praqada unikal ləzzətlərin və gözəl suvenirlərin satıldığı çoxlu Milad bazarları var.

Belqrad – Serbiya

Yeni il tətilinizi vizaya ehtiyac olmayan ölkələrdə keçirmək istəyirsinizsə, Serbiya ən möhtəşəm seçimdir. Belqradda Yeni il çox gözəl qeyd edilir. Üstəlik, burada qiymətlər çox sərfəlidir. Yeni ilə girərkən əyləncəni dərindən hiss etmək üçün Cümhuriyyət meydanını, Kalemeydanı və ya Knez Mixaylova küçələrini ziyarət etməlisiniz. 

Stokholm – İsveç

Yeni ilə girərkən çox əylənmək, eyni zamanda sakitliyinizi qorumaq istəyirsinizsə, yolunuzu Stokholmdan salmalısınız. Gözəl və zövqlü şam yeməyindən sonra Gamla Stan və ya Södermalm bölgəsinə gedib, şəhər küçələrində əyləncəyə qoşula bilərsiniz. Eyni zamanda, Kungstradgarden parkında və Nybroplan küçəsində çox gözəl Yeni il şənlikləri keçirilir. Yeni ilə girdiyiniz zaman mükəmməl mənzərə seyr etmək istəyirsinizsə, şəhər mərkəzindən təxminən 500 metr uzaqlıqda Monteliusvagen bölgəsinə getməyiniz məsləhətdir.

Rovaniemi – Finlandiya

Əgər siz qeyri-adi Yeni il şənliyi axtarırsınızsa, Finlandiyanın Rovaniemi şəhəri sizi gözləyir. Şimal işıqlarının sizi müşayiət edəcəyi qarla örtülmüş Rovaniemi şəhərində unudulmaz Yeni il gecəsini keçirə bilərsiniz. Bununla yanaşı, səyahətinizi daha maraqlı etmək və başqa bir tətil təcrübəsi üçün Husky Safari turuna qoşula bilərsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16380
avatar

Sevinc Fərid

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09