Baytar Konstantin Eremeev yolkaların və bəzəklərin heyvanlar üçün niyə təhlükəli olduğunu izah edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fkrincə, Yeni il ağacı, oyuncaqlar və digər aksesuarlar tez-tez ev heyvanlarının diqqətini cəlb edir:
“Ev heyvanları bu əşyaları tez-tez dişləyir, bəzəkli toplarla oynayır. Bu zaman bəzəklərin hər hansı bir parçasını heyvan uda bilər. Mədə-bağırsaq traktından keçən bu hissəciklər orqanların daxili divarlarını kəsə bilər. Həmçinin yemək borusu, mədə və ya bağırsaqlarda tıxanmaya səbəb olması riski var. Belə yad obyekti yalnız baytar cərrah çıxara bilər. İtlər, öz növbəsində, şüşə oyuncaqları və ya çələngləri çeynəyə bilərlər. Birinci halda, heyvan ağız boşluğunun zədələnməsi və lentlərin mədə-bağırsaq traktına daxil olması riski altındadır, İkinci halda isə yolkanın işıqları elektrik vasitəsilə ilə işləyir. Bu zaman ev heyvanını elektrik cərəyanı vura bilər. Evdəki heyvan yolkanın budaqları çeynəmək qərarına gəlsə, iynələr ağızın selikli qişasını yaralayaraq içəri girə bilər. Ən yaxşı halda, heyvan bir neçə iynəni udacaq və onlar təbii olaraq çıxacaq. Ev heyvanınız yad cisim yeyibsə, ilk yardım göstərərkən zərər verməmək vacibdir. Məsələn, anusdan çıxan yolka və ya tinselin ucunu dartmaq son dərəcə təhlükəlidir, bağırsaqları ciddi şəkildə zədələyə bilərsiniz”.