Paleontoloqlar Çində yeni növə aid ola biləcək 90 milyon il yaşı olan dinozavr qalıqları aşkar ediblər.
Lent.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Təbaşir dövrünə aid edilən tapıntıya Yanqsi əyalətinin Qançjou şəhərində tikinti sahəsində rast gəlinib. Alimlər araşdırmalar zamanı qalıqların Titanozavrın yeni növünə aid olduğunu aşkar edib və ona Gandititan cavocaudatus adını veriblər. Ümumilikdə onun skeletindən sümüklərin təxminən 40%-i tapılıb.
Tapıntılar arasında, xüsusən də yaxşı qorunmuş onurğa sütunu var ki, bu da dinozavrın ümumi bədən uzunluğunun təxminən 14 m olduğunu göstərir.