Yeməyə duz yerinə bunu tökdü - 24 nəfər öldü
11 avqust 2021 12:25 (UTC +04:00)

Yeməyə duz yerinə bunu tökdü - 24 nəfər öldü

Nigeriyanın Sokoto əyalətində yeməyə duz əvəzinə gübrə tökülməsi nəticəsində 24 nəfər həyatını itirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ailə yeməyi üçün hazırlanan xörəyə təsadüfən gübrənin qatıldığını bildirən Dövlət Sağlamlıq Müvəkkili Ali İnnamə, 24 nəfərdən başqa 2 nəfərin də zəhərləndiyini, amma hələ ki, müalicə aldıqlarını söyləyib.

Yerli insanları hadisədən dərs almağa çağıran İnnam, bu cür zəhərli kimyəvi maddələrin ərzaqların yanında saxlanmaması lazım olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7884
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar