Yaşlı qadının başqa əməliyyat adı ilə  DÖŞÜNÜ BÖYÜTDÜLƏR
27 noyabr 2023 17:56 (UTC +04:00)

Yaşlı qadının başqa əməliyyat adı ilə DÖŞÜNÜ BÖYÜTDÜLƏR

Amerikalı yaşlı qadın əməliyyatdan sonra sinəsinin və ombasının böyüdüldüyünü görəndə təəccüblənib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qadın iddia edir ki, cərrahlar başqa bir prosedur etməli idilər.

Vaşinqton sakini Kimberli Makkormik 6 il əvvəl Meksikada arıqlama əməliyyatı keçirib. 2023-cü ilin oktyabrında 65 yaşlı qadın arıqladıqdan sonra qollarında, budlarında və qarnında sallanan dərini çıxarmaq üçün yenidən klinikanın həkimlərinə əməliyyat üçün müraciət edib.

Kimberli ayılanda sinəsini böyütmə və arxa nahiyəsinin dikləşdirildiyini gördükdə qəzəblənib. Məlum olub ki, cərrah xəstənin qoltuqaltı və bud nahiyəsindəki artıq dərini çıxara bilmədiyi üçün vəziyyəti bu şəkildə düzəltməyə qərar verib.

Bundan əlavə, əməliyyat planlaşdırıldığından daha uzun sürdüyü üçün 2500 dollarlıq əlavə pul alıb. İndi qadın implantları çıxartmağı düşünür.

"Onlar sağalmır və çox böyükdür", - amerikalı qadın şikayət edir.

Klinika hələ ki Kimberli ilə bağlı vəziyyəti şərh etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6270
avatar

Fidan İlqar

Oxşar yazılar