Yaşlı qadın tənhalıqdan bezib, əkiz uşaq doğdu
27 sentyabr 2023 13:46 (UTC +04:00)

Yaşlı qadın tənhalıqdan bezib, əkiz uşaq doğdu

Çində 59 yaşlı təqaüdçü tənhalıqdan qurtulmaq üçün əkiz qızlar dünyaya gətirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Vanq soyadlı qadın əkizləri süni mayalanma ilə doğub.

Məlumata görə, qadının yetkin oğlu var və ildə bir-iki dəfə valideynlərinə baş çəkir. Oğlundan uzaqda yaşayan Vanq və əri tənhalıqdan əziyyət çəkirmiş.

Bunun üçün Vanq 100 min yuan (təxminən 23 min 700 manat) ödəyərək, süni mayalanma prosedurundan keçib. Nəticədə o, uğurla hamilə qalıb və iki sağlam qız övladı dünyaya gətirib.

Təqaüdçünün sözlərinə görə, qızları müstəqil olaraq böyütməyi planlaşdırır ki, səkkiz yaşına kimi onlar ev işlərini təkbaşına görsünlər. Bununla belə, o, əri ilə birlikdə uşaqlarını 20 yaşına qədər dolandırmaq üçün kifayət qədər pul yığdıqlarını bildirib.

Çinli sosial media istifadəçiləri Vanqı qocalıqda uşaq sahibi olmaq qərarına görə qınayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6333
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar