Yağ yığılmasına cavabdeh olan gen aşkar edildi
30 noyabr 2023 15:46 (UTC +04:00)

Yağ yığılmasına cavabdeh olan gen aşkar edildi

Osaka Universitetinin (Yaponiya) tədqiqatçıları orqanizmdə yağ toxumasının miqdarı HSP47 geni ilə tənzimləndiyiniaşkar ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, insan bədəninin həcmi həyat tərzi, qidalanma, fiziki fəaliyyət səviyyəsindən, fiziki və psixi sağlamlıq vəziyyətindən, həmçinin endokrin sistemin xüsusiyyətlərindən asılıdır. Yağın çökməsinə təsir edən genetik faktorları müəyyən etmək üçün tədqiqatçılar yağ toxumasında gen ifadəsi (fəaliyyəti) haqqında məlumatları təhlil ediblər.

Nəticələr göstərib ki, HSP47 geninin fəaliyyəti əsasən bədəndəki yağ miqdarını müəyyən edir. Piy toxumasında HSP47 ifadəsi piylənmə və artıq kalori qəbulu ilə artır, qeyri-kafi qidalanma və fiziki fəaliyyətin artması ilə azalır. Bundan əlavə, HSP47 bədən kütləsi indeksi, bel və omba ətrafı ilə yüksək korrelyasiyaya malikdir.

Tədqiqatçılar yağın yığılması və ya itirilməsi ilə əlaqəli olan insulin hormonunun HSP47 ifadəsini artırdığını da aşkar ediblər. Bundan əlavə, elm adamları bu gendəki mutasiyaların metabolik pozğunluqlara - bədəndə baş verən bütün kimyəvi reaksiyaların məcmusuna səbəb ola biləcəyini təklif edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309
avatar

Fidan İlqar

Oxşar yazılar