Yadplanetlilərin dünyanı işğal planı
27 noyabr 2024 12:37 (UTC +04:00)

Yadplanetlilərin dünyanı işğal planı

Statistikaya görə, 1947-1969-cu illərdə 12 618 nəfər UNO gördüyünü iddia etsə də, bunlardan sadəcə 70 nəfərinin etdiyi müraciət hələ də naməlum olaraq qalır. Yəni bu kimi halların bir çoxu ya təyyarə, ya da digər hava uçuş aparatlarının UNO-ya bənzədilməsi səbəbilə baş verib.

İnsanların UNO gördüm deyə etdikləri müraciətlərin sadəcə 3%-i gerçək sayıla bilər və bu da 97%-lik bir yanılma ehtimalını yaradır.

UNO kimi təxmin edilən çox şey, əslində, hər kəsə tanış olan cismə - hava şarına aiddir. 1942-ci ildə Los-Ancelesdə baş verən bir hadisə mediada “yadplanetlilərin varlığı isbatlandı” başlığı altında tirajlandı. Sirena səslərinə bənzər səs çıxaran bir cisim göydə ABŞ əsgərləri tərəfindən atəşə tutuldu. Sonradan bu cismin sadəcə hava şarı olduğu təsdiqləndi. İşin daha pis tərəfi o idi ki, bəzi insanlar bunu Yaponiyanın ABŞ-a Pörl-Harbora hücumundan sonra yeni bir həmləsi olduğunu düşünmüşdülər.

Dünya xaricində həyatın olub-olmaması ölkələrin və hökumətlərin daimi maraq çərçivəsində olub. UNO adı ilə bildiyimiz və bir çoxu tərəfindən görüldüyü iddia edilən şey, əslində, tamamilə naməlum olaraq qalır və min illərdir öz sirrini saxlamaqda davam edir. UNO qısaltması da elə “Uçan Naməlum Obyekt” mənasına gəlir. Yəni yadplanetli deyilən varlıqların olub-olmaması gerçəyini hələ də gün üzünə çıxara bilməmişik.

Bir çox təsvirdə deyildiyinə görə, yadplanetlilərin böyük başları, iri gözləri və kiçik bir ağızları var. Əslində, yaşadığımız dövrdə mövcud olan bu təsvirlərin izləri qədim zamanlara gedib çıxır. Eramızdan əvvəlki illərdə və sonrakı yüzilliklərdə mağara divarlarında, müxtəlif sənət əsərlərində çəkilən yadplanetli təsvirləri insanların bugünkü təsəvvürlərindəki ilə xeyli oxşarlıq təşkil edir. Keçmişdəki insanlar sanki bizə yadplanetlilərin varlığından bəhs etmək istəmişdilər.

1920-ci ildə ABŞ-da bir tarla yaxınlığında, 1939-cu ildə bir xatirə fotosunda, 1942-ci ildə Çində və 1945-ci ildə Kaliforniyada yenə bir xatirə fotosundakı arxa planda görünən UNO-lar, haqqında ən çox danışılan görüntülərdən sadəcə bir neçəsidir. Amma bu görüntülər mənə çox da inandırıcı gəlmir. Məsələn, çəkilən xatirə fotosundakı incə xətt dövrün mövcud şərtləri nəticəsində, yaxud kamera qarşısındakı toz hissəciyindən qaynaqlana bilərdi. Ya da Kaliforniyada çəkilmiş fotoda həmin naməlum obyektin sadəcə quş olma ehtimalı daha çoxdur, nəinki UNO. İnsanların bu şəkillərə baxaraq həmin varlıqların UNO olduğu qənaətinə gəlmələri mənə çox şişirdilmiş hadisə kimi gəlir. Bəlkə də daha əsrarəngiz olduqlarına görə insanların inanmaq istədikləri bunlardır. Amma bütün bunlar təəssüf ki, reallığı dəyişdirmir.

ABŞ hökuməti Rusiya ilə olan kosmik rəqabətdə qalib gəlsə də, həmişə bütün dünyada da yeganə güc olmaq istəyib. Bunun üçün yadplanetlilər və UNO-lar haqqında bir çox yalan xəbər də tirajlanıb. Kiçik bir araşdırma etsək görərik ki, UNO gördüyünü iddia edən insanların çox böyük bir qismi ABŞ-da yaşayır.

ABŞ ruslara və bütün dünyaya kosmik texnologiyaya sahib olduğunu göstərmək istəyir. Onsuz da buna görə əvvəlcə UNO tapdıqlarını iddia edib, sonradan onun hava şarı olduğunu demişdilər. Əslində, bütün bunlar bir planın parçasıdır. Saxta yadplanetli işğalı planı.

“Bəlkə də bir-birimizə daha möhkəm bağlanmaq üçün dünya xaricindən gələcək bir qorxuya ehtiyacımız var. Bəzən dünya xaricindəki hər hansısa bir təhlükə ilə üzləşdikdə bütün fərqliliklərimizi unudacağımızı düşünürəm. Əgər bu cür bir təhlükə ilə üzləşsək, birləşə bilərik”.

1974-cü ildə ABŞ-da bir konfrans zalında səsləndirilmiş bu sözlər boş yerə deyilməyib. İkinci Dünya müharibəsindən sonrakı çalışmaların çox kiçik bir qismi haqqında bilgiyə sahibik. Texnologiya isə bu dövr ərzində həddən artıq yüksək bir səviyyəyə çatıb. İnsanlar artıq asanlıqla aldadıla bilər.

Qulağa inandırıcı gəlməsə də, bu, müəyyən bir planın parçası ola bilər. Dünyaya guya yadplanetlilər hücum edəcək, amma bu hücum insanların nəzarəti altında robotlar tərəfindən baş tutacaq. Dünya işğal edilsə və buna hansısa ölkə əngəl olsa, yəni dünyanı xilas etsə, nə olardı?

Heç şübhəsiz, həmin dövlət dünyanın tək hegemon dövləti, hər mövzuda ən böyük söz sahibi onlardır. Bir çox filmdə yadplanetlilər tərəfindən dünyanın işğal edilməsi mövzusu əsas götürülüb və bu filmlər ən çox izlənilənləri başında gəlir. Bu filmlərin çəkilməsindəki məqsəd isə bəllidir. İnsanların şüur altına ABŞ-ın qəhrəman və xilasedici qüvvə olmasını yerləşdirmək.

Hər hansısa bir ölkənin bu cür çılğın planı olduğunu düşünmək istəmirəm. Bəsit bir düşüncə ilə desək, saxta yadplanetli işğalı təşkil etmək, ardınca dünyanı həmin işğaldan xilas etmək və dünyanı xilas edən ölkə olaraq bütün dünyada söz sahibi olmaq. Bunu gün keçdikcə zəifləyən və bir zamanlar güc sahibi olan bir ölkənin əvvəlki gücünə qayıtmaq üçün son həmlə olaraq da düşünmək olar. 

Mənim fikrimcə isə, bu mütləq bir gün olacaq. Eynilə, qiyamət kimi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1101
avatar

El Roman

Oxşar yazılar