Xərçənglə mübarizə aparan Daumun  məzar daşına   yazılmasını istədikləri
17 oktyabr 2023 19:16 (UTC +04:00)

Xərçənglə mübarizə aparan Daumun məzar daşına yazılmasını istədikləri

Türkiyədə “Beşiktaş”, “Fənərbaxça” və “Bursaspor”un baş məşqçisi olan, 2022-ci ilin oktyabr ayından ağciyər xərçəngi ilə mübarizə aparan Kristof Daum müalicəsi və son durumundan danışıb.

Lent.az xəbər verir ki, Almaniya mətbuatına danışan Daumun açıqlamaları belədir:

“Hələlik hər şey yaxşı gedir. Müalicələr müsbət təsir göstərir, xərçəng hüceyrələri bir qədər yox olur. Meditasiya və nəfəs məşqləri kimi dəstəkləyici tədbirlərdən də istifadə edirik. Universitet xəstəxanasının onkologiya şöbəsinin müdiri, professor Yurgen Volf mənə çox yaxşı baxır. Təəssüf  ki, xərçəng çox məkrli bir xəstəlikdir və birdən bədənin başqa bir hissəsinə metastaz verə bilər. Bu vəziyyət sizi məhv edə bilər.
 
"Hələ yaxşılaşmamışam”
 
Mən hələ sağalmamışam. Xərçənglə bağlı araşdırmalar böyük irəliləyiş əldə edir və tezliklə yeni üsullar ortaya çıxa bilər. Məqsədimiz kəskin vəziyyəti xroniki vəziyyətə çevirmək və xəstəliyə nəzarət etmək idi. Ümid edirəm ki, daha yaxşısı olacaq.

“Bir həftədə 22 kimyaterapiya almışam”

Sənə vurulan bütün bu zəhərlə zehni olaraq öhdəsindən gəlmək üçün öz-özümə dedim ki, kimyaterapiya dopinqdir. Ancaq son bir həftədə 22 kemoterapiya müalicəsindən sonra yan təsirlərin qarşısını almaq bir az çətinləşib.

“Az qala komaya düşürdüm”
 
Həkimlər ABŞ-dakı oğluma baş çəkməyimə razılıq verdilər. Amma təxmin edin nə oldu? Pnevmoniya tutdum! Mən az qala komaya düşmüşdüm. Həyat yoldaşım Anjelika dedi ki, mən sənə qışqırdım, amma sən məni eşitmədin.

Sual: Ağrıların öhdəsindən gəlmək üçün marixuanadan istifadə edirsinizmi?

Cavab: Xeyr, istifadə etmirəm. Bütün uyuşturucu maddələrdən kifayət qədər doymuşam. Həkimlərin verdiyi dərmanlara güvənirəm.
 
Sual: Ölüm haqqında nə qədər fikirləşirsiniz?

Cavab: Bir gün hamımız öləcəyik. Ölməzdən əvvəl həyatımı ən yaxşı şəkildə yaşamaq istəyirəm.

Sual: Məşqçiliyə qayıdacaqsınız?

Cavab: Xəstələnəndən sonra da təkliflər aldım. “Brüqq”dən idman direktoru olmaq, Balkan ölkələrindən birindən isə məşqçilik təklifi almışam. Kimyaterapiyaya görə 100 faiz hazır ola bilmirəm. Çalışdığım yerdə adımı hiss etdirmək istəyirəm.

Sual: "Bir gün məzar daşınızda nə yazılmasını istərdiniz?"

Cavab: İstərdim ki, qəbir daşımda “İndi dinlənməyə gəlib” yazılsın. Bəlkə uşaqlarımın daha yaxşı bir fikri olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Oxşar yazılar