70-ci illərin ortalarına qədər video filmlərə yalnız kinoteatrlarda baxmaq olardı. Filmlərin televiziya ilə translyasiya olunan versiyaları isə bir qədər dəyişdirilmiş olurdular. Televizorun özü də əsl dəbdəbə əlaməti hesab edilirdi.
Kabel televiziyasının yaranması və VHS lentlərin icad edilməsi ilə dünya dəyişdi. Gentdikcə kino kassetləri məşhurlaşırdı, demək olar ki, hər bir evdə videomaqnitafon var idi. Tanışlar bir-biriləri ilə kassetlərini dəyişirdiər…
Açılan video kasset mağazaları böyük miqdarda gəlirlər əldə edirdi. Beləliklə, kinoteatrların gəlirləri azalmağa başladı…
Lakin bu gün VHS lentləri DVD, Blu-Ray kimi rəqəmsal məlumat daşıyıcıları istifadədən çıxartdı.
Musiqi sənayesindən fərqli olaraq video kassetlər keçmişə qərq olublar. Musiqi sənayesində isə bugünkü günə qədər plastinlər dəyərli hesab edilirlər və mağaza rəflərini tərk etmirlər.
Qeyd edək ki, 2006-cı ildə VHS formatında sonuncu filmin – “Devid Kronenberqin tarixi” ilə videkasset seriyası sözün əsl mənasında tarixə qovuşdu.