Vəhşi təbiətdən ən yaxşı FOTOLAR –  Buz üzərində yatan AYI
08 fevral 2024 11:31 (UTC +04:00)

Vəhşi təbiətdən ən yaxşı FOTOLAR – Buz üzərində yatan AYI

İngilis həvəskar fotoqrafı Nima Sarihaninin çəkdiyi “Buz yatağı” şəkli hər il keçirilən “İlin Vəhşi Təbiət Fotoqrafı” müsabiqəsində  “Xalqın Seçimi” mükafatını qazanıb. 

Lent.az xəbər verir ki, müsabiqənin əsas qalibləri ötən ilin payızında məlum olub.

Bu fotonu çəkmək üçün Nima ekspedisiya gəmisi qütb ayılarının axtarışı üçün 3 gün dumanın arasından keçib. Onları tapa bilməyən gəmi istiqamətini dəyişərək dəniz buzunun olduğu yerə gedib.

Burada Nima bir anda iki erkək ağ ayı ilə qarşılaşıb. Onlardan biri gənc, digəri isə bir az yaşlı olub. Müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, gecə yarısına az qalmış gənc ayı kiçik aysberqin üzərinə çıxıb və güclü pəncələrindən istifadə edərək yuxuya getməzdən əvvəl özünə çarpayı kimi bir şey oyub.

Həmin heyranedici fotonu təqdim edirik: 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8331
avatar

Sevinc Fərid

Oxşar yazılar