Vanna otağındakı krana  dodaq boyası   sürtün:  tərtəmiz   olacaq
27 yanvar 2024 14:53 (UTC +04:00)

Vanna otağındakı krana dodaq boyası sürtün: tərtəmiz olacaq

Dodaq boyasından istifadə edərək santexnikanızı kirdən və çöküntülərdən qoruya bilərsiniz.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər kosmetik vasitələrdən belə qeyri-adi istifadəyə çağırıblar.

Onlar əmin ediblər ki, təmiz vanna otağındakı kranı dodaq boyası ilə sürtsəniz, ərp və kir problemi qalmayacaq. Çünki məhsulun tərkibindəki arı mumu və ya neft jeli nazik görünməz bir təbəqə yaradacaq. Bunun sayəsində krana dəyən su çöküntüləri orada ərp yaratmayacaq. Süzülüb gedəcək.

Bunun sayəsində evdəki santexnika uzun müddət təmiz və parlaq qalacaq. Mütəxəssislər qeyd ediblər ki, qoruyucu təbəqə zaman keçdikcə yox olacaq. Lakin vaxtaşırı yenilənsə, ərplə mübarizə aparmaq daha asan olacaq. Bundan əlavə, gigiyenik pomada metal məhsulları korroziyadan qorumağa kömək edəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6036
avatar

Fidan İlqar

Oxşar yazılar