Üzünüz zəngin, yaxud yoxsul olduğunuzu göstərir - ARAŞDIRMA
31 yanvar 2024 13:06 (UTC +04:00)

Üzünüz zəngin, yaxud yoxsul olduğunuzu göstərir - ARAŞDIRMA

Araşdırmalara görə, üz quruluşunun formalarına əsasən insanın zəngin və ya kasıb olduğunu anlamaq mümkün ola bilər. Qlazqo Universiteti tərəfindən aparılan araşdırmalar, üz quruluşunun qavrayışlara təsir etdiyini ortaya çıxarıb.

Lent.az xarici mediaya istinala bildirir ki, tədqiqat bəzi üz quruluşlarının zənginlik və ya yoxsulluq qavrayışını necə formalaşdırdığını ortaya qoyub. Buna uyğun olaraq, dar üzlü və açıq dəri rənginə sahib olan insanların zəngin olaraq qəbul edildiyi qənaətinə gəlinib.

Qlazqo Universitetinin alimlərinin fikrincə, dar üzlü və açıq dəri rəngi olan insanlar daha varlı kimi qəbul edilir. Qaldırılmış qaşlar və gözlərin bir-birinə yaxınlaşması da zənginliyin göstəricisidir. “APA Journal of Experimental Psychology” elmi jurnalında dərc olunan məqalədə bu üz cizgilərinə malik insanların daha mehriban və etibarlı olduğu yazılıb.

Daha geniş və yastı üz cizgilərinə malik insanlar kasıb kimi qəbul edilir. Soyuq dəri rəngi də yoxsulluğun göstəriciləri arasındadır.

Bu araşdırmadan sonra məlum olub ki, Meta CEO-su Mark Zukerberq və Amazon-un baş direktoru Jeff Bezos araşdırmada göstərilən üz xüsusiyyətlərinə sahibdirlər. Zukerberqin üzü dar, Bezos isə isti və canlı dəriyə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4497
avatar

Oxşar yazılar