Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, üç arvad yaxşı, dördü isə xoşbəxtlikdir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə region sakinləri ilə birbaşa əlaqə zamanı bildirib.
Kadırovdan soruşublar: "İkinci arvad, yoxsa sakit həyat?"
"Dörd (...) İki arvad sizin əsl kişi olduğunuzun tərifidir. Üç yaxşıdır. Dördü xoşbəxtlikdir. "Peyğəmbərimiz belə deyib", - Çeçenistan rəhbəri cavabında vurğulayıb.
Çeçenistan rəhbəri həm də etiraf edib ki, o, həyatı və gözəl qadınları sevir və yaxşı geyinməyə çalışır.
“Mən həssasam, çox ciddi dindaram. Mən bu həyatı sevirəm, gözəl qadınları sevirəm. Qəşəng geyinməyə çalışıram. Mən də bir çox insanlar kimi bu həyatı sevirəm”, - Kadırov bildirib.
O, "pis bir şey etməməyə" çalışdığını qeyd edib, lakin eyni zamanda "müqəddəs, ruhani tərbiyəçi olmadığını" söyləyib.