Britaniyalı qadın tüpürcəyini sataraq həftədə minlərlə dollar qazanır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı qadın bu yolla 11 min dollarlıq borcunu bağlayıb.
Hər zaman həkim olmaq arzusunda olan qadın əvvəlcə biotibbi elmlərini öyrənməyə başlayıb. Ancaq buna maddi vəziyyəti yol verməyib. Ona görə də “Tesco”da işləməyə qərar verib.
Mağazada işləmək qadına kifayət etmədiyi üçün daha sonra “OnlyFans”da çalışmağa başlayıb. Burada isə qıza qəribə təkliflər gəlib. Orada tüpürcək almaq istəyən kinksterlərlə qarşılaşıb.
"Onlar ilk dəfə məndən bir şüşə tüpürcəyimi istəyəndə əvvəlcə bunun zarafat olduğunu və bunun ciddi ola bilməyəcəyini düşündüm. Amma daha sonra razılaşdım və 300 funt sterlinq (372 dollar) istədim. Düşünə biləcəyim maksimum rəqəm bu idi. Daha sonra bank məlumatlarımı istədilər və məbləği ödədilər. Bunun bu qədər asan olduğuna inana bilmədim”, - qadın bildirib.
Bundan sonra onun işi daha da böyüyüb. Tüpürcəkdən ən çox qazandığı pul isə 1864 dollar olub.