Astronomlar Süd Yolu Qalaktikasının mərkəzinə çox yaxın bir yerdə Günəş sistemi böyüklüyündə toz və qaz buludları yayan nəhəng köhnə ulduzlar qrupu aşkar ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçıların "Köhnə Siqaret çəkənlər" adlandırdıqları ulduzların Avropa Cənub Rəsədxanasında (ESO) teleskopla təxminən 10 illik müşahidələr nəticəsində kəşf edildiyi bildirilib.
Müşahidələr nəticəsində astronomlar Süd Yolunun mərkəzinə çox yaxın yerdə Günəş sistemi qədər böyük toz və qaz buludları yayan nəhəng köhnə ulduzlar qrupunu aşkar edərək, onların uzun illər aktiv olduqlarını və birdən-birə böyük tüstü buludları yaymağa başladığını qeyd ediblər.
Müşahidələrə rəhbərlik edən Hertfordshire Universitetinin professoru Filip Lukas deyib:
"Bu, yeni bir ulduz növüdür və onların hamısı səmanın eyni bölgəsində, Süd Yolumuzun mərkəzinə çox yaxın bir yerdə toplanmış kimi görünür".
Araşdırmanın təfərrüatları "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.