Bir çox insan təyyarə ilə səyahət etməyi xoşlayır - bu, sürətli, rahat və həyəcanlıdır. Ancaq heç kim səhər reyslərini sevmir, çünki hava limanına gecə saatlarında çatmalı olursan. Lakin belə uçuşların böyük üstünlüyü var.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə uçuş bələdçisi Karoline danışıb.
O bildirib ki, səhər tezdən qalxmağı sevməsələr belə, sərnişinlər üçün səhər saat 5-də uçuş sifariş etmək daha yaxşıdır. Eyni zamanda, mütəxəssis səyahət zamanı stress keçirməmək üçün səyahət edənlərə bileti mümkün qədər tez bron etməyi tövsiyə edib:
"Nə qədər tez uçsan, hər şey bir o qədər asan olacaq. Sərnişinlər daha ucuz biletlər və daha yaxşı oturacaq şansı da əldə edə bilərlər. Çünki axşam uçuşlarında adətən daha sıxlıq olur".
Səyahətçilərin ən çox yol verdiyi səhvlərdən biri uçuş vaxtını yoxlamadan uçuş sifariş etməkdir. Karoline tövsiyə edir ki, bir səfər zamanı həmişə uçuşlar arasındakı vaxtı nəzərə alasınız:
"Səhər uçuşunu seçmək üçün ideal vaxt səhər 5-6-dır. Uçuş gecikmələri orta hesabla 6-8 dəqiqədir. Bunun ardınca səhər saat 7-dən saat 8-ə qədər olan dövr gəlir. Uçuş gecikmələri hər saat daha tez-tez olur. Gündə orta gecikmə müddəti 20 dəqiqədir".