Uçuş bələdçiləri təyyarədə ən çirkli 5 yeri açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hər təyyarədə bir neçə yer var ki, oraya toxunmaqdan çəkinmək və ya heç olmasa təmasdan sonra dezinfeksiyaedici vasitələrdən istifadə etmək yaxşıdır.
Müasir dünyada əksər təyyarələr bir-birinin ardınca, demək olar ki, dayanmadan uçuşlar həyata keçirir. Xüsusi təmizlik qrupları növbəti sərnişinlər gəlməmişdən əvvəl hər oturacağı təmizləmək üçün əllərindən gələni etsələr də, hər şeyi kirdən tamamilə təmizləmək mümkün deyil.
Təhlükəsizlik təlimat kartları
Təyyarənin ən çirkli yeri oturacaq cibindəki təhlükəsizlik təlimatıdır. Oturacaqların qarşısındakı qatlanan masalar adətən silinir, kartlar isə silinmir. Təhlükəsizlik təlimatlarını oxuyub bitirdikdən sonra özünüzü və gələcək sərnişinləri mikroblardan qorumaq üçün əl təmizləyicisi tətbiq etməyinizə əmin olun və ya daha yaxşısı, təlimatları nəm parça ilə silin.
Üst baqaj rəfləri
Üst bölmələri çox adamın toxunduğu və nadir hallarda təmizləndiyi üçün əl baqajınızı yükləməyi bitirdikdən sonra əllərinizi yuyun.
Qatlanan masalar
Təyyarəyə mindikdən sonra, xüsusilə yeməkdən əvvəl masanızı hərtərəfli silmək lazımdır.
Oturacaq örtükləri
Oturacaq örtükləri həmişə dəyişdirilmir və təmizlənmir.
Tualetdəki qapı tutacaqları
Tualetlər mütəmadi olaraq təmizlənsə də, lakin qıfıllar və qapı tutacaqları təmizlənmir. Buna görə də, tualetdən çıxıb hətta əllərinizi yuduqdan sonra, dezinfeksiyaedici vasitələrdən istifadə etməlisiniz.