Təyyarədə doğulanlar  hara vətəndaşı sayılır?
14 dekabr 2023 16:05 (UTC +04:00)

Təyyarədə doğulanlar hara vətəndaşı sayılır?

Havada doğulan körpələrin vətəndaşlığı ilə bağlı əfsanələr illərdir dolaşmaqdadır. Bəziləri deyir ki, bu körpələr dünya vətəndaşıdır, bəziləri deyir ki, bütün ölkələrə vizasız girişdən faydalana bilərlər. Həqiqət heç də belə deyil.

Bəs, təyyarələrdə doğulan körpələr dünya vətəndaşı olurmu? 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir ölkənin yeni doğulmuş körpənin vətəndaşlığını necə təyin etməsi ilə bağlı universal qayda yoxdur.

Mövzu ilə bağlı bəzi ölkələr "jus sanguinis" adlı qan hüquqları qanununu tətbiq edir və bu qanun yəni: körpənin milliyyəti valideynlərdən birinin və ya hər ikisinin milliyyəti ilə müəyyən edilir.

Bəzi ölkələr "jus soli" adlanan torpaq hüququna əməl edir və mənşəyindən asılı olmayaraq vətəndaşlıq verir. Lakin bu ölkələrə ümumilikdə Amerika qitəsi və Kanada daxildir. Dövlət Departamentinin Təlimatına görə, əgər körpə ABŞ hava məkanında doğularsa, "jus soli" qaydası uşağa ABŞ vətəndaşlığı veriləcəyi deməkdir.

Məsələn, amerikalı valideyn Fransa havasında uşaq doğursa, "jus sanguinis" qanunu işə düşür və bu qanun Amerika vətəndaşlarına da şamil edilir.
Müvafiq olaraq, "Jus sanguinis" bütün dünyada daha çox yayılmış qayda olduğundan, beynəlxalq sular və ya xarici hava məkanı üzərində uçuşlarda doğulan körpələrin əksəriyyəti, valideynlərinin vətəndaşlığını miras alacaqlar. Əgər uşağın potensial olaraq vətəndaşlığı olmayan ola biləcəyi bir vəziyyət varsa, məsələn, ananın rəsmi vətəndaşlığı yoxdursa və körpə beynəlxalq hava məkanında doğulubsa, körpə çox güman ki, təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul edəcək. 

Əslində, təyyarələrdə körpə doğulması o qədər nadirdir ki, əksər aviaşirkətlər hətta onların hesabını belə aparmırlar. Çünki körpə gözləyən şəxs müəyyən müddətdən sonra təyyarəyə buraxılmır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9477
avatar

Fidan İlqar

Oxşar yazılar