Banqalordan Qoaya uçan Hindistanın “Vistara” aviaşirkətinin təyyarəsi eniş zolağındakı sahibsiz itlərə görə Dabolim beynəlxalq hava limanına enə bilməyib.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, nəzarətçi uçuş zolağında olan heyvanı görüb və bu barədə ekipaj komandirinə məlumat verib. Pilotdan "bir müddət gözləmək" istənib, lakin o hava limanına qayıtmaq qərarına gəlib.
Hava limanının xidmətləri sahibsiz itlərin uçuş-enmə zolağına niyə çıxdığını araşdırır. Qoadakı Dabolim hava limanı Hindistan Hərbi Dəniz Qüvvələrinin Hansa Hava Stansiyasının bir hissəsidir.