Amerikalı bir qadın tərk edilmiş bir evi alıb və orada "xəzinə" tapıb.
Lent.az xəbər verir ki, amerikalı köhnə evdə belə bir sürpriz görəcəyini gözləmirdi.
Gənc amerikalı qadın yaşlı qadından aldığı çoxdan tərk edilmiş evdə əsl “xəzinə” aşkar edib.
Maggie McGaugh adlı qadın tikilini rahat bir evə çevirmək üçün bir il ərzində onu bərpa edib. Ev ərinin ölümündən sonra dul qadından alınıb. Belə ki, ev müxtəlif növ məişət əşyaları ilə dolu olub.
Evin tədricən təmizlənməsi və təchiz edilməsi prosesi Maggini bir çox heyrətamiz şeylər kəşf etməyə vadar edib.
Unikal tapıntılar arasında çarpayılardan birində tapılan dələ skeleti də olub. Ancaq bu, ən təəccüblüsü deyildi.
Bu əmlakın əhəmiyyətli bir hissəsi güclü qıfıllar və çoxlu böyük, qorxulu hörümçəklərlə dolu olan və daxil olmaq çətinlik yaradan kilidli bir anbar olub. Bütün maneələrə baxmayaraq, Maggie nəhayət bu anbarı açmağa müvəffəq olub və orada tapdıqlarına heyran qalıb.
Meqqinin sözlərinə görə, anbar əsl xəzinə ilə dolu, onun içində çoxlu “həyəcan verici avadanlıq"lar olub. Ancaq ən qiymətli tapıntı əla vəziyyətdə olan kiçik qayıq olub. Videonun altında kanalının abunəçilərindən biri qayığın bahalı göründüyünü qeyd edib və hətta Maggiyə onu satmağa cəhd etməyi məsləhət görüb.