Cənubi Asiyanın Borneo adasında ilk amputasiyanın həyata keçirildiyi sklet aşkar edilib.
Lent.az “The Guardian” nəşrinə istinadən xəbərə verir ki, sklet 31 min il bundna öncəyə aiddir.
Sklet, 2020-ci ildə aşkar edilən 40 min il əvvələ aid divar rəsmləri ilə tanınan “Liang Tebo” mağarasında tapılıb.
Skeletin ayağının aşağı sol hissəsinin olmadığı bilinib.
Qeyd olunub ki, İndoneziya və Avstraliya arxeoloqları apardıqları araşdırmalar nəticəsində skeletin topuq hissəsində natamamlığı olduğunu görüb.
Onlar bunun qəsdən kəsilmiş ola biləcəyini bildiriblər.
Alimlər skletin 19-20 yaşları arasında şəxsə aid olduğunu ehtimal edir.
Beləliklə alimlər 31 min il bundan öncə insanda amputasiyanın həyata keçirildiyi sklet aşkar edib.
Digər tərəfdən, həmin şəxsin ayağı kəsildikdən ən azı 6-9 il sonra ölmüş ola biləcəyi bildirilirdi.
Mütəxəssislər hesab edirlər ki, İndoneziyanın Şərqi Kalimantan əyalətində yaşayan daş dövrünə aid insanlar tibbi anatomiya və yaraların müalicəsi sahəsində məlumatlı olublar.