Tarixin  ən iyrənc   cinayət işi -  Ailədaxili seksdən   doğulan uşaqlar
28 dekabr 2023 18:30 (UTC +04:00)

Tarixin ən iyrənc cinayət işi - Ailədaxili seksdən doğulan uşaqlar

Bu hekayə bütün Avstraliyanı şoka salıb. Kolt ailəsi uzun müddət insanlardan uzaq, tənha həyat sürüb və ictimaiyyətin diqqətini çəkməyib. Səlahiyyətlilər onların düşərgəsini aşkar edəndə məlum olub ki, 38 nəfər, o cümlədən 12 uşaq tualet, duş və təmiz su olmadan dəhşətli şəraitdə yaşayır. Lakin bu, Kolt ailəsi haqqında ən dəhşətli fakt deyildi.

Lent.az Avstraliyada Kolt ailəsindəki dəhşətli cinayətlərdən bəhs edir.

2012-ci ildə Avstraliyanın cənubundakı kəndlərdən birində uşaqlar meydançada oynayırdılar. Həmin vaxt yaxınlıqda olan kənd sakinlərindən 2 nəfər təsadüfən uşaqların söhbətini eşidir və bu barədə polisə xəbər verir. Uşaqlar böyük bacılarının yeni dünyaya gətirdiyi uşağın atasının hansı qardaş olduğunu bilmədiklərindən danışırdılar.

Polislər dərhal meşədə yaşayan Kolt ailəsinin düşərgəsini aşkar edirlər. Gördükləri onları şoka salır. 

Kolt ailəsi meşədə məskunlaşıb, onların köhnə vaqon və çadırlardan əlavə, bir neçə talvarı və uşaqlar üçün oyun meydançası var idi. Bu düşərgəni demək olar ki, heç vaxt tərk etməyən 12 uşaq üçün tikilmişdi. Uşaqlar Mauqli kimi böyümüşdülər. Onlar oxuya, yaza, bəziləri hətta danışa bilmirdilər, duş və ya tualet kağızından necə istifadə ediləcəyindən xəbərsiz idilər. 

Bundan əlavə, uşaqların bəzilərinin fiziki və əqli qüsurları var idi ki, bu da şahidləri dəhşətli bir şeydən şübhələndirirdi. Təəssüf ki, şübhələr özünü doğruldur: 38 nəfərin hamısı bir ailənin üzvü idi və uşaqlar ailədaxili seks münasibətlərindən doğulmuşdular. 

Bu ailədə dörd nəsildən bəri belə münasibətlərin olduğu üzə çıxır. Ailə uşaqların gigiyena və inkişaf şərtlərinə o qədər də əhəmiyyət vermirdi: gənc nəsil çirkli çadırlarda yaşayırdı.

Kolt ailəsinin dəhşətli tarixi Yeni Zelandiyada keçən əsrin ortalarında başlayıb.  Cun Kolt bacı və qardaşın münasibətlərindən dünyay gəlmişdi. O bir avstraliyalıya ərə gedir. Cun və əri Tim ənənəvi ailə quruluşu ilə maraqlanmayıblar, onlar öz avtomobilləri ilə ölkəni gəziblər və gəzə- gəzə dünyaya 4 qız, 2 oğlan gətiriblər. Bu uşaqların öz aralarında insest münasibti ata-ana üçün qeyri-adi hal kimi görünməyib. Beləcə ailə böyüyüb, bacı-qardaşlar öz aralarında törəyib-artmağa başlayıblar. 

Kolt ailəsi qonşuların diqqətini cəlb etməmək üçün meşədə məskunlaşana qədər tez-tez köç edib, yerini dəyişib.  

Bu uşaqların hamısı  yaxın qohumluq münasibətləri nəticəsində doğulub. Onlar bu yolla doğulan dördüncü nəsil idi və bu, onların sağlamlığına (psixi və fiziki), inkişafına ciddi təsir edib. Ailədəki qızlar 6, oğlanlar isə 12 yaşından etibarən aktiv şəkildə cinsi fəaliyyətdə olub.

Onların həyat tərzi məlum olan kimi bütün yetkin ailə üzvləri həbs olunub.

Əvvəlcə ictimaiyyətdən gizli saxlanılsa da, sonda bu şok hadisə barədə qəzetlər yazıblar.  

Əvvəlcə ailənin qadınları təsadüfi sevgililərdən uşaq dünyaya gətirdiklərini iddia etsələr də, aparılan genetik testlərin nəticələri uşaqların atalarının öz babaları və əmiləri olduğunu açıq şəkildə göstərib.

2012-ci il iyulun 18-də Avstraliyadakı Kolt ailəsinin bütün yetkin üzvləri həbs edilib. Uşaqların bəziləri himayədar ailələrə, bəziləri yaşadıqları travmalardan sağalmaq üçün tibb müəssisələrə yerləşdiriliblər. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6348
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar