Şokolad Muzeyi
31 yanvar 2022 04:10 (UTC +04:00)

Şokolad Muzeyi

Şokolad Muzeyində marketinq fəndi -FOTO

Bəlkə də kiməsə təəccüblü gələ bilər. Amma şokoladın müasir formaya gəlib çıxması üçün əsrlər lazım olub.

Şokolad dedikdə ağla ilk gələn Avropa ölkələri olsa da, reallıq bir qədər fərqlidir. Doğrudur, bu qidanın sənaye üsulu ilə istehsalının təməli 19-cu əsrdə Avropada qoyulub. Lakin kustar üsulla hazırlanmanın kökü Cənubi Amerika və Afrikaya gedib çıxır.

Şokolad istehsalı və kakao dənələrinin emalı üçün Amerika xalqları hələ erkən Orta əsrlərdə əl alətləri hazırlamışlar. O dövrdə bu məhsul həm pulu əvəz edir, həm də tanrılara qurban verilirdi.

Bir sözlə, şokoladın ərsəyə gəlməsi bir tarixdir. Tarixi isə çox vaxt muzeylərdə yaşadırlar. Elə Parisdəki Şokolad Muzeyi kimi.

Lent.az-ın əməkdaşı bu yaxınlarda müəssisəyə baş çəkib. Üç şöbədən ibarət muzeydə şokoladın təkamülünün bütün mərhələləri yer alır.

Birinci şöbə Amerikaya, daha doğrusu mayyalar və asteklərə həsr olunub.

İkinci şöbədə şokoladın böyük kəşflər dövründə Avropaya gəlməsi və buradakı inkişaf yoluna həsr edilib.

Üçüncü şöbədə isə müxtəlif fotolar, maketlər, kitablar və qəliblər yer alır. Bu bölmədə məşhur filmimizdəki kəllə qənd, o cümlədən onun hazırlanma texnologiyası ilə tanışlıq mümkündür.

Bu günlərdə 10 yaşını qeyd edən muzeyə baş çəkən ziyarətçi 1 saat ərzində bu dadlı qidanın inkişaf yoluna səyahət edə bilər. Muzeydə  ziyarətçilərin gözü qarşısında şokolad da hazırlanır.

Muzeydə bir marketinq fəndinə də əl atılıb. Giriş pulsuz olsa da, heç kim şokolad almadan binanı tərk etmir. Ən ucuz şokolad isə 3 avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar