Şimal işıqlarını   harada və nə vaxt müşahidə etmək olar?
06 dekabr 2023 16:46 (UTC +04:00)

Şimal işıqlarını harada və nə vaxt müşahidə etmək olar?

Alimlər şimal işıqlarını harada və nə vaxt müşahidə etməyi açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər 2024-cü ilin son iki onillikdə bunun üçün ən yaxşı il olacağını proqnozlaşdırırlar. Çünki gələn il Günəş ən yüksək aktivliyində olacaq, auroraları daha geniş və sıx edəcək.

Şimal işıqları adətən “auroral oval” və ya “auroral zona” kimi tanınan ərazidə maqnit qütbünün yaxınlığında görünür. Günəş maksimumu zamanı daha aktivləşir, genişlənir və şimalda daha geniş ərazini əhatə edir.

Alimlər xəbərdarlıq edirlər ki, şimal işıqlarına baxmaq üçün yer seçərkən bulud şəraiti və işığın çirklənməsi nəzərə alınmalıdır. Bu səma hadisəsini daha yaxşı görmək üçün parlaq süni işıqlandırma olan yerlərdən qaçmaq da vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Arzu Qurbanlı

Oxşar yazılar