Amerikanın Nyu-York şəhərinin sakinləri siçovulların çoxluğuna görə kütləvi şəkildə başqa yerlərə köçürlər.
Lent.az xəbər verir ki, bu barədə şəhərin meri Erik Adams bildirib.
ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, son bir ildə təxminən 102 min insan Nyu-Yorku tərk edib. Bu statistikaya münasibət bildirən şəhər rəhbəri baş verənlərin bir neçə amilini sadalayıb.
O, xüsusilə yaşayış qiymətlərinin yüksək olmasına və koronavirus pandemiyasının nəticələrinə diqqət çəkib. Eyni zamanda, Adams şəhərdə çoxlu siçovulların peyda olduğunu vurğulayıb.
"Bəzi insanlar uşaqlarının çöldə oynamasını, böyük yaşıl sahələr və yerlərdə heyvanları görmək istəyərlər - Nyu Yorkda isə siçovullardan başqa heç bir heyvan görməyəcəksiniz." - mer əlavə edib.
Eyni zamanda o, yerli hakimiyyət orqanlarının əhalinin Nyu-Yorkdan daha da böyük axınının qarşısını almaq üçün lazımi tədbirlər gördüyünü vurğulayıb. Ərazi rəhbəri bildirib ki, gəmiricilərdən xilas olmaq üçün də işlər aparılır.