Heç kimə sirr deyil ki, qadının ətri kişilər üçün çox cəlbedicidir. Bəzi qoxular elə unudulmaz olur ki, onlar yalnız qadınla deyil, həm də onunla bağlı xatirələrlə assosiasiya olunur. Məhz buna görə də ətir Sevgililər günündə sevdiyiniz qadına hədiyyə etmək üçün əla seçimdir.
Lent.az Sevgililər günündə qadına ala biləcəyiniz ətir seçimlərini təqdim edir:
Tilia Marc-Antoine Barrois
Barrois brendinin bu ətri heç kəsi laqeyd qoymayacaq. İlk andan sərxoş edən bu ətir, daha sonra ətrafınıza unudulmaz bir qoxu izi buraxacaq.
Notalar: Lipa, yasəmən, vetiver, ambroksan, taxta akkordu.
Lancome La Vie Est Belle
La Vie Est Belle fransız dilindən tərcümədə “həyat gözəldir” deməkdir. Bu, xoşbəxt və özünə güvənən qadın üçün mükəmməl bir güllü və meyvəli ətirdir.
Notalar: Vanil, yasəmən, iris, səndəl ağacı, qırmızı vanil, qırmızı iris, ağ sidr.
Burberry Snow Blossom
"Burberry"nin bu ətri zərif və çiçək notları ilə seçilən elit parfüm kateqoriyasına aiddir.
Notalar: Mate, berqamot, mimoza, bənövşə yarpaqları, zamşa, Madaqaskar vanili.
Dior Miss Dior
Modern şipr tərzində hazırlanan Miss Dior zərif qablaşdırmada təqdim olunur və çiçək və meyvə akkordlarını özündə birləşdirir.
Notalar: İris, zanbaq, pion, ərik, qızılgül, tonka paxlası, vanil, müşk, səndəl ağacı.
Jean Paul Gaultier La Belle
La Belle – unudulmaz, şirin vanil, təravətli berqamot və şirəli armud notlarını bir araya gətirən bir ətirdir. Bu, cazibəsini vurğulamaq istəyən hissiyyatlı və zərif qadınlar üçün əla seçimdir.
Notalar: Armud, berqamot; vanil, vetiver, ambra, müşk.