İnsanlar introvert, ekstravert və ambivert olaraq 3 xarakter tipinə bölünürlər. Siz hansındansınız, nə özəlliyiniz var?
Bunu bilmək istəyirsinizsə Lent.az-ın təqdim etdiyi şəkildə ilk nə gördüyünüzü deyin və cavabları oxuyun.
Şəkildə ilk qamış gördünüzsə, siz introvertsiniz. Duyğularınızı içinizdə yaşayır, başqalarını dərdlərinizə ortaq etmirsiniz. Təkliyi sevir, tək olanda özünüzü daha yaxşı hiss edirsiniz.
İlk gözünüzə çarpan şey leylək oldusa, ekstravertsiniz. Siz ünsiyyət qurmaqdan zövq alır, enerjinizi bununla artırırsınız. Daima hərəkətdə olmağı, məclislərdə iştirak etməyi sevir, ünsiyyətə can atırsınız.
Şəkildə ilk anda insan üzü gördünüzsə, ambivertsiniz. Bu introvert və ekstravert olmağın birləşməsi deməkdir. İnsanlarla ünsiyyətdən ləzzət alsanız da, tez-tez təkliyə qapanmağı sevirsiniz. Dincəlmək üçün sizə təklik lazımdır.