Bir zamanlar Hollivudun ən varlı və nüfuzlu aktrisalarından olan, lakin indi səfil həyatı yaşayan Tori Şpellingin başı yenidən dərddədir. Öncə Tori barəsində məlumat vermək istərdik.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur prodüsser Aron Şpellingin qızı olan Tori bir zamanlar atasının nüfuzundan istifadə edərək çox parlaq ulduza çevrilmişdi. Lakin atasının ölümü və əri Den Mak Dermottla boşandıqdan sonra onun həyat tamamilə dəyişdi. Aktrisanın nağıllardakına bənzəyən həyatı sona çatdı. Atası varidatını qızına bağışlamadı.
Onların bir zaman içində yaşadıqları villa Los-Ancelesin ən bahalı mülklərindən sayılırdı. Amma Tori sonralar başını altına salacaq bir dam tapa bilmədi.
Atasından ona qalan 800 000 dollarlıq malk-mülk tezliklə sovruldu. Sabahını düşünməyən Tori lüks həyatından əl çəkmək istəməyib, bütün pullarını əyləncəyə sərf etdi. 6-16 yaş arası 5 övladı ilə olan keçmiş milyoner xanım, bir zamanların ulduzu avtomobil-evdə yaşayır, küçələrdə quraşdırılmış hamamlarda yuyunur, ümumi tualetlərdən istifadə edir.
akin bu günlərdə Torinin daxmasına polislər gələrək onun külli miqdarda vergi borcunun qaldığını, borclarını ödəməyəcəyi təqdirdə həbs olunacağını bildiriblər. Heç demə, atasından ona bir ev qalıbmış, Torinin bu evdən xəbəri olmayıb. İllər ərzində evin vergi və kommunal borcları toplanıb. İndi Torinin banklara 100 000 dollar borcu var.