Şahzadə Diananın paltarı rekord qiymətə satıldı
19 dekabr 2023 08:46 (UTC +04:00)

Şahzadə Diananın paltarı rekord qiymətə satıldı

Uilyam və Harri qardaşlarının mərhum anasının libasına “Julien’s Auctions”da 1,1 milyon dollar ödənilib.

Lent.az “The Standard”a istinadla xəbər verir ki, şahzadə Diananın paltarı “Julien’s Auctions” hərracında indiyədək satışa çıxarılan lotların tarixində ən rekord qiymətə satılıb.

Söhbət şahzadə Uilyam və Harri qardaşlarının anasının “Jacques Azagury” brendinə məxsus olan göy rəngli və ulduz şəklində işləmələri olan qara məxməri paltarından gedir. Şahzadə bu paltarı ilk dəfə 1985-ci ildə İtaliya turu zamanı, daha sonra isə 1986-cı ildə Vankuverdəki simfonik orkestrin konsertinə geyinib.

İlkin olaraq, paltar 100 min dollar dəyərində qiymətləndirilib, lakin yekun nəticədə hərracda 11 dəfə baha – 1,1 milyona satılıb.

Qeyd edək ki, lotun sahibinin adı açıqlanmayıb. Sözügedən paltardan başqa, hərracda Diananın qarderobundakı başqa əşyalar və əşyalar da satın alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3660
avatar

Oxşar yazılar