Argentinada turizm agentliklərindən biri əməkdaşlarına sürpriz edib.
Lent.az-ın xəbərinə görə, müəssisə rəhbəri işçilərinə Avstraliyada böyük bir villa kirayə götürməyi tapşırıb. Lakin heç kimin ağlına gəlməyib ki, bu villa onlar üçündür. Qadın ertəsi gün hamının işə pasportla gəlməsini tələb edib. Həftənin sonu üçün bütün heyətə bilet alınıb. İşçilər 14 günü villada keçiriblər. Burada onlar həm istirahət edib, həm də işi aparıblar.
Büronun rəhbəri yerli mediaya bildirib ki, koronavirus pandemiyası iş görmək üçün ofisə gəlməyin şərt olmadığını sübut edib. İndi xaricdə oturub işlərimizi həll edirik. Həm də daha yüksək keyfiyyətlə.