Saçı  həftədə bir dəfə   yumaq olarmı?
08 aprel 2024 13:15 (UTC +04:00)

Saçı həftədə bir dəfə yumaq olarmı?

Şübhəsiz ki, çoxunuz dəfələrlə yaşlı nəsildən saçınızı nə qədər az yusanız, bir o qədər yaxşı olduğunu eşitmisiniz. Bu xüsusilə qalın saç sahiblərinə aiddir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ancaq saçlarınız çox qurudursa və tez-tez yuyulmursa, yaşlandıqca təbii nəmini itirə bilər.

Stilist Rosi Fernandez qeyd edib ki, çünki saçınızda follikullar tıxanır və oksigenlə doymur. Adətən qalın, quru saçları olanlara ən çox qibtə edilir. Onların vizual olaraq yağlanma ehtimalı azdır. Buna görə də hər gün onları yumağa ehtiyac yoxdur. Məlumata görə, qalın saçlı şəxslər dörd-beş günə qədər yumadan gedə bilərlər. Lakin havanın çox çirkli olması səbəbindən sizdən xəbərsiz çoxsaylı amillər saçınızı çirkləndirib: tər, tütün tüstüsü, işlənmiş qaz.

Çirklənmənin və qeyri-kafi yuyulmanın nəticələri baş dərisinin soyulması, qaşınma, həssaslıq, kəpək və saç tökülməsidir. Gözə görünməyən bu kiçik hissəciklər saçınızın yaxşı oksigenlə doymasına mane olur, ona görə də saçlarınızı daha tez-tez yumaq məsləhətdir.

Çirklənmənin saça təsiri hələ 1994-cü ildə Laknaudakı Sənaye Toksikologiyası Tədqiqat Mərkəzində tədqiq edilib. 

Saçınızı nə qədər tez-tez yumağınızla bağlı universal bir qayda yoxdur. Burada yaşayış yeri, həyat tərzi və istifadə olunan nəqliyyat növü nəzərə alınır. Mütəxəssislər baş dərinizə yığılan və saçınızı zəiflədə bilən qalıqları təmizləmək üçün saçınızı həftədə ən azı iki dəfə yumağı məsləhət görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4866
avatar

Fidan İlqar

Oxşar yazılar