Elm dünyası belə nəticəyə gəlib ki, insanı digər canlılardan fərqləndirici xüsusiyyətlərindən biri olan “qeybət” vərdişi sağlamlıq üçün faydalıdır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetində təkamül psixologiyası sahəsində çalışan prof. Robin Dunbar danışıb.
O, belə hesab edir ki, qeybət insanları yaşadan ən vacib şeydir. Dunbar sosial şəbəkələrin insanların xoşbəxtliyinə və sağlamlığına ciddi təsir etdiyini bildirib:
“Məsələ sosial şəbəkələrimizi necə qoruyub saxlamağımızdadır. Dil sosial şəbəkələrimizi davam etdirmək, başqaları ilə tanış olmaq, hekayələr söyləmək üçün zamanla inkişaf edib. Qeybət etdiyimiz zaman insanlarla söhbət edir və yaşadığımız sosial aləmdən xəbərdar oluruq. Ona görə də qeybət bizi insan edir. Bundan əlavə, qeybət 18-ci əsrə qədər mənfi qarşılanmırdı”.