Qarla örtülmüş Moskva - FOTOREPORTAJ  -VİDEO
04 dekabr 2023 22:02 (UTC +04:00)

Qarla örtülmüş Moskva - FOTOREPORTAJ -VİDEO

Moskvaya 145 ilin ən güclü qarı yağıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, dekabrın 2-dən başlayaraq iki gün davam edən qar Rusiya paytaxtının bəzi rayonlarında həyatı iflic edib. Dekabrın 3-də düşən yağıntının miqdarına görə gündəlik rekord müəyyən edilib. Bəzi yerlərdə qarın hümdürlüyü 36 sm-i keçib. Adətən bu cür yağıntının dekabr ayı üçün deyil, fevral ayı üçün xarakterik olduğu bildirilib.

"Fobos" meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets qar yağmasının səbəbinin 2-3 ildə bir dəfə əmələ gələn nadir atmosfer burulğanı olan Oliver siklonu olduğunu bildirib. Ekspertin proqnozuna görə, 24 saat ərzində paytaxtda aylıq yağıntı normasının üçdə bir hissəsi düşüb, qar təbəqəsinin hündürlüyü 36 sm qədər artıb ki, bu da qışın başlanğıcı üçün normadan 4 dəfə çoxdur.

"Üstəlik, son 19 ildə belə qar örtüyü olmayıb. Dekabrın 4-ü üçün rekord 1952 və 2004-cü illərdə qeydə alınıb ki, həmin zaman  müşahidə olunan qar örtüyünün hündürlüyü 30 sm olub", - deyə Tişkovets vurğulayıb.

Ən çox yağıntının Moskvanın mərkəzinə düşdüyü məlum olub. Paytaxtın kommunal xidmətləri küçələri qardan təmizləməkdə çətinlik çəkiblər. Moskvanın mərkəzi küçələri qardan təmizlənsə də, ətraf ərazilərdə təmizlik aparılmayıb. Hətta Kreml, Qızıl Meydan, Manej Meydanı qar içində qalıb.

Moskvanın ən turistik məkanları hesab olunan Kreml və ətrafının qardan təmizlənməməsi turist axınına maneə olmayıb. Qızıl Meydanda yerləşən "QUM" buz meydançası və Yeni il yarmarkası xarici və yerli turistlərin kütləvi axınına məruz qalıb.

Sinoptiklər qarşıda moskvalıları əsl Sibir şaxtasının gözlədiyini proqnozlaşdırırlar. Belə ki, bu həftə havanın temperaturunun mənfi 22 dərəcəyə düşəcəyi bildirilir. Həftə sonu isə yenidən güclü qarın yağacağı, qarın hündürlüyünün 40 sm-i keçəcəyi qeyd olunur.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6072
avatar

Oxşar yazılar