Dörd qrup qan var və onlara əsasən insan orqanizmi haqqında çox maraqlı məlumatlar öyrənmək olar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər müxtəlif qan qruplarına malik insanların kökəlmə səbəblərini açıqlayıblar.
Beləliklə, birinci qan qrupunun daşıyıcılarını, qeyri-müntəzəm qidalanma artıq piylənməyə gətirib çıxarır.
İkinci qan qrupu olan insanlarında ət və şirniyyat məhsulları bədəndə yağ toplanmasına səbəb olur.
Üçüncü qan qrupunun daşıyıcılarında isə orqanizm çörək və qızardılmış yeməyi pis həzm edir.
Nəhayət, dördüncü qrupun sahiblərini isə kökəldən ən böyük səbəb hərəkətsizlikləridir.