Qadınlardan gizlədib  1000 uşaq sahibi olmaq istəyir
28 yanvar 2024 18:12 (UTC +04:00)

Qadınlardan gizlədib 1000 uşaq sahibi olmaq istəyir

Hollandiyadan olan 42 yaşlı Conatan Yakob Meyer 2007-ci ildən bəri dünyanın 11 sperma bankı ilə işləyir. Onların hər birində başqaları ilə işlədiyini gizlədib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, kişinin dünya üzrə ən azı 550 uşağı olduğunu təxmin edir: Hollandiyada 375, Almaniyada 80, Belçikada 35, həmçinin Fransa, Avstriya, İspaniya, Argentina və Avstraliyada bir neçə uşaq.

Kişi onların bir çoxu ilə əlaqə saxlayır. Müsahibəsində hollandiyalı bildirib ki, bu yaxınlarda Haaqa mülki məhkəməsi 100 min avro cərimə təhlükəsi ilə bu fəaliyyətini davam etdirməyi qadağan edib. Analardan biri işdə iddiaçı olub. O hesab edir ki, Hollandiyada kişilər qohum evlilikləri riskini kəskin şəkildə artırıb.

Meyer məhkəmənin hökmü ilə razı deyil və işini davam etdirmək niyyətindədir. Onun məqsədi 1000 uşaq dünyaya gətirməkdir. Beləliklə, o, Çingizdən sonra tarixdə ikinci çox uşaq atası ola bilər. “Bəli, qadınlara yalan danışdım. Bu səhv idi. Amma mən onlara kömək etmək istəyirdim”, – hollandiyalı müsahibəsində deyib. Özü də çoxuşaqlı ailədəndir, yeddi qardaş-bacısı var. "Mən öz ailəmi qurmaq istəyirəm, beş uşaq arzulayıram", - kişi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5598
avatar

Fidan İlqar

Oxşar yazılar