Qadın və kişi geyimlərində düymələrin yeri niyə fərqlidir?
16 iyul 2024 16:15 (UTC +04:00)

Qadın və kişi geyimlərində düymələrin yeri niyə fərqlidir?

Niyə qadınların paltarında düymələr solda, kişilərdə sağda  yerləşir. Axı sağ  əllə düyməni bağlamaq daha asandır?

Lent.az bu sualın maraqlı cavabını təqdim edir.

Sualın cavabı əslində elə sualın içindədir. Bu ənənə orta əsrdə dəbdə olmuş təmtəraqlı qadın geyimləri ilə bağlıdır. Zadəgan qadınlar geyimlərinin altından korset deyinirdilər. Onun iplərini sıxıb bağlamaq təkcə mümkün deyildi. Mütləq şəkildə zadəgan qadınların geyinmələrinə xidmətçilər kömək edirdilər.

Üst geyimin arxa hissəsində isə çoxlu sayda düymələr olurdu. Bu düymələri ilgəyə keçirmək asan olsun deyə libası geyinənin yox, geyindirənin, yəni xidmətçinin sağ əli nəzərdə tutularaq düyməni soldan tikirdilər. Elə o zamandan da bu ənənə şəklini aldı və belə də qaldı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar