Tanınmış bloqqerlərdən biri saçlarını "Coca-Cola" ilə yuyaraq nəticəni izləyiciləriylə bölüşüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, "Coca-Cola"dan gündəlik həyatda kosmetik məqsədlər üçün də istifadə oluna bilər.
Buna görə də bloqqer saçını bu içki ilə yumaq qərarına gəlib. Prosesi isə lentə alıb və bunun hansı effektə səbəb olduğunu danışıb.
"Youtube"da yayımlanan videoda qızın başqa heç bir saç baxım vasitəsindən istifadə etmədiyi, sadəcə "Cola"dan istifadə etdiyi deyilir.
Onun sözlərinə görə, “Coca-Cola” baş dərisini və saçı keyfiyyətcə təmizləməyi bacarmasa da, fərqli və ciddi effekt verir. Qeyri-adi prosedurdan sonra qızın saçları həcmlənib. Üstəlik, o, gözəllik salonunda olduğu kimi asan bir üslubla prosesi başa çatdırıb.