ABŞ-də porno model həbsdə olan sevgilisi ilə cinsi əlaqədə olmaq üçün həbsxana işçisinə rüşvət verib.
Lent.az xəbər verir ki, bu barədə "Daily Star" xəbər verir.
Florida ştatının Mayami şəhərindən olan 27 yaşlı "OnlyFans" modeli Aleksas Morqan mütəmadi olaraq həbsxanaya düşən kişi ilə romantik münasibətdə olduğunu deyib. Onun sözlərinə görə, çoxsaylı cinayətlərinə baxmayaraq, o, yaxşı insan olub, xeyirxah işlər görüb.
Morqan sevgilisi ilə görüşməyə can atırdı, ona görə də həbsxanada işləyən bir gözətçi taparaq ona rüşvət verir. Porno model onu islah müəssisəsinə buraxmaq üçün ona beş min dollar ödəyib. Orada məhbusla cinsi əlaqədə olub.