Planetimizdə nə qədər heyvan yaşayır? - ÜMUMİ MƏLUMAT
14 may 2021 04:22 (UTC +04:00)

Planetimizdə nə qədər heyvan yaşayır? - ÜMUMİ MƏLUMAT

Heyvanlar insanlar üçün də çox əhəmiyyətli canlılardı. İnsanlar tarixən heyvanlarla qidalanmış, onlardan əmək fəaliyyətində, döyüşlərdə, idman yarışlarında istifadə etmiş, onların məhsullarından geyim və digər məişət əşyaları hazırlamışlar. İnsanlar eyni zamanda zaman-zaman zərərli və zəhərli heyvanları tanımış, onlardan qorunmuşlar. İndiki ev heyvanlarını öz yaşayışlarını təmin etmək üçün əhliləşdirmişlər. İnsanlar heyvanları öyrənməklə onlardan daha çox istifadə etməyə başlamışlar.

Yer üzərində 2 milyondan çox heyvan növü mövcuddur. Alimlər onları daha yaxşı öyrənmək üçün 2 böyük qrupa - İbtidailər və ali heyvanlar qruplarına bölüblər. Bu qruplar isə tiplərə ayrılır.

Hazırda onurğasız heyvanların 23, onurğalıların isə bir tipi mövcuddur. Heyvanlar Yer kürəsinin hər yerində - quruda, torpaqda, şirin sularda, dənizlərdə yayılıb. Onlara dəniz səviyyəsindən 8000 metr hündürlükdə və Dünya okeanının 11000 metrə çatan dərinliklərində rast gəlinir.

Bir çox heyvanlar gizli həyat keçirdiklərindən onları insanlar görə bilmir. Bəzi heyvanlar çox kiçik olduğundan görünmürlər. Bir çox heyvanlara isə tez-tez rast gəlinir. Heyvanların da bitkilər kimi, təbiətdə, insan həyatında böyük əhəmiyyəti var. Onların bəziləri bitkilərin tozlanmasında, toxumların yayılmasında, torpağın münbitləşməsində, gübrələnməsində iştirak edirlər.

Bitkilərlə heyvanlar təbiətdə qarşılıqlı əlaqədə yaşayırlar. Bir çox heyvanlar təbiətdə sanitar rolunu oynayırlar. Suda yaşayan heyvanların bəziləri suyu təmizləməklə çox böyük fayda verirlər.

Heyvanların qeyri-qanuni ovlanması, istifadəsi və elmin, texnikanın inkişafı bəzi heyvanların azalmasına, digərlərinin növlərinin, nəslinin kəsilməsinə səbəb olub. Bu səbəbdən onların qorunması və artırılması zərurəti meydana çıxır. Bir çox heyvanlar insanların təsərrüfatlarına ziyan vurur, bitki, heyvan və insanlarda xəstəliklər törədir və ya onları yayır. Belə heyvanların öyrənilməsi və onlara qarşı mübarizə aparılması lazım gəlir. İnsanlar zərərverici heyvanlarla mübarizə aparır, faydalılara qulluq edir, nəsli kəsilmək qorxusu olanları artırır və ümumiyyətlə, bu barədə maarifləndirmə işləri aparırlar. 

Hər bir insan təbiətimiz qorumaq, ondan faydalanmaq naminə üzərinə düşəni əsirgəməməlidir. Unutmayaq ki, Yer bizim ümumi evimizdir - onun flora və faunası arasında harçonuya pozularsa, ümumilikdə EVİMİZ ziyan çəkər...

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5337
avatar

Oxşar yazılar