Böyük Britaniyada hamilə qadın mağazada uşaq dünyaya gətirib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, maraqlı hadisə Böyük Britaniyanın Devon ştatının Tiverton şəhərində baş verib.
27 yaşlı Lauren Evings alış-veriş etmək üçün hipermarketə girib və sancısı başlıayıb.
Beş dəqiqə sonra o, qarnının aşağı hissəsində güclü təzyiq hiss edib. Tezliklə supermarket işçisi 54 yaşlı Lisa Hames qadının köməyinə gəlib. O, hamilə qadına doğuş zamanı köməklik edib.
Nəticədə 27 yaşlı qadın hipermarketdə oğlan uşağı dünyaya gətirib. Sonra təcili yardım briqadaları ana və körpəni xəstəxanaya aparıblar.