Pişiklər sadəcə öz kefləri üçün yaşadıqları kimi görünsə də, əslində əvəzolunmaz köməkçi ola bilirlər. Məhz onların müxtəlif peşələrdə nümayiş etdirdiyi qeyri-adi qabiliyyətləri bir çoxlarının marağına səbəb olur.
Lent.az xarici mediaya istinadən xidmət sahəsində işləyən pişikləri təqdim edir:
Məşhur rus aktyor Yuri Kuklaçevin əsasını qoyduğu Moskva Pişik Teatrında tamaşalarda pişik aktyor kimi çıxış edir.
Təhlükəsizlik xidmət sahəsinin pişiyi Maria Alabang şəhərinin mərkəzində bir müəssisənin yaxınlığındakı evində yaşayır.
Krım körpüsünün tikintisinin simvoluna çevrilən məşhur pişik Mostik (Körpü pişiyi) tikinti başa çatdıqdan sonra “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Simferopoldakı regional bölməsinə köçüb.
Ziyarətçilər Hanoyda qeyri-adi bir kafe olan Ngao's Home’da xilas edilmiş pişiklərlə oynaya bilərlər․
Sankt-Peterburqdakı Ermitajda “işləyən” Ermitaj pişiyi Axilles 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi “pəhrizə başladı”.
Konan pişik Mandaluyongda, Manilada ofis binasının qarşısında mühafizəçilərin yanında dayanır.
Los-Ancelesdə 84 İllik Hollivud Milad Paradında nadinc pişik.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Tümen vilayəti üzrə Baş İdarəsinin yanğınsöndürmə və xilasetmə bölməsinin ev heyvanı olan Semyon pişiyi Borovski kəndində hərbi maşınların qarajında yanğınsöndürən maşında oturur.