Pikassonun bu əsəri 139 milyona satıldı
10 noyabr 2023 15:06 (UTC +04:00)

Pikassonun bu əsəri 139 milyona satıldı

Pikassonun “Saatlı qadın” əsəri hərraca çıxarılıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tablo 139 milyon dollara satılıb. 

Bu rəsm ispan rəssamın ikinci ən bahalı rəsm əsəridir. Qeyd edilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.

Rəsm Pikasso tərəfindən 1932-ci ildə 130x97 ölçüdə kətan üzərində çəkilib. Əsər rəssamın sevgilisi olaraq onu yeni əsərlər çəkməyə ruhlandıran fransız model Marie-Therese Valteri təsvir edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5058

Oxşar yazılar