İslam dininə düşmən olması ilə tanınan danimarkalı karikaturaçı-rəssam Kurt Vesterqaard 86 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2005-ci ildə Danimarkanın "Jyllands-Posten" qəzetində Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar çəkən rəssam ciddi etirazlarla qarşılanmışdı.
Bundan sonra 2015-ci ildə Paris şəhərində "Charlie Hebdo" qətliamından sonra yenə müsəlmanlarla bağlı karikatura çəkən rəssama qarşı etirazlar daha da yüksəlmişdi.
Təhdidlərdən və bir neçə dəfə ona qarşı sui-qəsd təşkilindən sonra mühafizəçilər tərəfindən qorunan gizli evdə yaşayan karikaturaçı-rəssam uzun müddət xəstəlikdən sonra dünyasını dəyişib.