Pəhrizsiz sürətli arıqlamağın YOLLARI
26 may 2025 13:39 (UTC +04:00)

Pəhrizsiz sürətli arıqlamağın YOLLARI

Mütəxəssislər bildirir: arıqlamaq əzab və sərt məhdudiyyətlərsiz də mümkündür. Diyetoloqların fikrincə, bəzi gündəlik vərdişləri dəyişdirməklə artıq çəkidən xilas olmaq mümkündür – həm də sərt pəhrizlərə ehtiyac olmadan.

Lent.az sağlamlığa zərər vermədən çəki azaltmağa kömək edən effektiv üsulları təqdim edir:

1. Bədənə istirahət verin – kifayət qədər yatın

Yaxşı və keyfiyyətli yuxu artıq çəkiyə qarşı güclü silahdır. Yuxu zamanı orqanizm həm fiziki, həm də psixoemosional cəhətdən bərpa olunur. Yuxusuzluq aclıq hissini artıran qrelin hormonunun səviyyəsini artırır, doymaya cavabdeh olan leptin hormonunu isə azaldır. Bu da xroniki aclıq hissinə və artıq yeməyə səbəb olur.

2. Günü doyumlu səhər yeməyi ilə başlayın

Tel-Əviv Universitetində aparılmış bir tədqiqat göstərdi ki, zəngin səhər yeməyi, yüngül axşam yeməklərindən daha çox arıqlamağa kömək edir. Səhər yeməyinə üstünlük verən iştirakçılar orta hesabla 18 kq daha çox çəki itirmişdirlər.
Nəticə: Gündəlik kalorilərin çoxu günün ilk yarısında alınarsa, daha tez yanır.

3. Yeməyi yavaş yeyin – bu işləyir

Orqanizmə toxluq hissini tanımaq üçün təxminən 20 dəqiqə vaxt lazımdır. Yavaş yemək, qəbul etdiyiniz qidanın miqdarını azaldır. Yaxşı çeynəmək həzmə kömək edir və qidaların yaxşı mənimsənilməsini təmin edir.

4. Diqqətli və şüurlu şəkildə yeyin

Yemək zamanı diqqətinizi yayındırmayın. Televizora baxmaq və ya telefonda gəzmək nə qədər yediyinizi hiss etməməyə səbəb ola bilər.

Diqqətli yemək təkcə iştahı nəzarətdə saxlamağa yox, həm də yeməkdən daha çox zövq almağa kömək edir.

5. Nizamlı qidalanın

Tez-tez, lakin az-az yemək qan şəkərini balansda saxlayır, enerjini stabilləşdirir və kəskin aclıq hisslərinin qarşısını alır.

Bu da həddindən artıq yemək və şirniyyata həvəs riskini azaldır. Sərt pəhriz etməsəniz belə, daraq qidalanma (daha tez-tez, az yemək) maddələr mübadiləsini sürətləndirir və yağ yandırmanı artırır.

6. Sağlam yağlardan uzaq durmayın

Yağsız məhsul həmişə sağlam demək deyil. Avokado, zeytun yağı və qoz-fındıq kimi məhsullarda olan tək doymamış yağlar əksinə, arıqlamağa dəstək olur. Bu yağlar uzunmüddətli toxluq hissi yaradır və maddələr mübadiləsinə müsbət təsir edir.

Nəticə

 Sadə vərdişləri dəyişməklə və bədəninizə diqqətlə yanaşmaqla pəhrizsiz və stresssiz şəkildə arıqlamaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1240

Oxşar yazılar