Ölümün  çökdürdüyü şəhər:   Çernobil faciəsindən daha dəhşətli...
22 aprel 2022 09:05 (UTC +04:00)

Ölümün çökdürdüyü şəhər: Çernobil faciəsindən daha dəhşətli...

Torpaqların məhsul vermədiyi, uşaqların hələ də şikəst doğulduğu bu şəhərdə baş verənlər qan dondurur... 

Hər şey Amerikaya məxsus “Union Carbide” firmasının Hindistanın Bhopal şəhərində pestisid (həşərat dərmanı) zavodu açması ilə başlayıb. 

Burada 38 il əvvəl baş verən fəlakət hələ də öz təsirini göstərir, insanlar o dəhşətli hadisəni unuda bilmir. 

Lent.az dünyanın ən böyük fəlakətlərindən biri olan Bhopal hadisəsi haqda kiçik məlumatı təqdim edir: 

1984-cü ildə dekabrın 3-nə keçən gecə zavodun rezervuarlarında sızıntı baş verib. Hadisə zamanı 43 ton ölümcül metilizosionat qazı sürətlə bütün şəhərə qatı duman kimi yayılıb. Dağınıq və qapısız evlərlə dolu olan Bhopalda yayılan bu qaz bütün şəhər əhalisinin öskürməyə başlamasına səbəb olub. İnsanların nəfəs aldıqca gözləri və ağızları yanırdı. Onlar qəfildən ölməyə başlayıblar. Sanki şəhərə ölüm çökmüşdü. Hadisədən sonra şəhər təbii fəlakət bölgəsi elan edilib. 

20-ci əsrin ən böyük sənaye fəlakətlərindən biri hesab edilən Bhopal hadisəsi çoxlarına məlum deyil. Amma bu o qədər dəhşətli bir hadisədir ki, 18 mindən çox insan həyatını itirib, 150 minə qədər insan isə zəhərlənib. 

Bu illər ərzində 550 mindən çox insanın sağlamlığında problemlər yaranıb. Həmin hadisə zamanı sağ qalanlar bu gün də xərçəng kimi ölümcül xəstəliklərlə mübarizə aparırlar. Təkcə böyüklər deyil, həmin illərdə və ondan sonra doğulan uşaqların demək olar ki, yarısı fiziki, əqli cəhətdən qüsurlu doğulublar. 

Fəlakətdən sonra “Union Carbide”ə qarşı iddia qaldırılıb. Məhkəmədə şirkətin qurbanlara və onların yaxınlarına 470 milyon dollar təzminat ödənməsi qərarı verilib. Amma Hindistan hökumətinə ödənilən pulun faciə qurbanlarına çatması mümkün olmayıb. Şirkətin sahibi isə baş verənlərdən sonra dərhal Amerikaya qaçıb və heç vaxt mühakimə olunmayıb. O, hadisənin təxribat olduğunu iddia edib və buna görə heç kəsdən üzr istəməyib. 

Qaz sızmasından 20 il sonra “Greenpeace” təşkilatı 2004-cü ildə Bhopalda kiçik bir araşdırma aparıb. Onlar uzun illər keçməsinə baxmayaraq, torpaqda normadan 6 milyon dəfə çox zəhərli maddələrin olduğu açıqlayıb. Demək olar ki, illərdir bu ölkədən heç bir məhsul əldə edilmir. Hətta Bhopalda baş verənlərin  Çernobıl faciəsindən daha dəhşətli olduğu düşünülür.

Bu faciəyə görə, məsuliyyət daşıyanların kifayət qədər cəza çəkmədiyini düşünən Hindistan xalqı hər il dekabrın 3-də yürüşlər keçirir, ədalət axtarır.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3564
avatar

Sevinc Fərid

Oxşar yazılar