Astroloq Vasilisa Volodina bütün səylərə baxmayaraq pulun bəzi insanlara niyə gəlmədiyi haqda danışıb.
Lent.az Rusiya mətbuata istinadən xəbər verir ki, bəzi insanlar yüksək maliyyə sabitliyi və rifahı ilə öyünə bilmir. Hətta buna nail olmaq üçün hər cür səy göstərirlər. Vasilisa Volodina istinadən verdiyi məlumata görə, bunun bir neçə səbəbi var.
Birinci səbəb odur ki, insanlar özlərini qurban yerinə qoyurlar və pulun olmadığını daim təkrarlayırlar. Astroloqun qeyd etdiyi kimi, bu vəziyyətdə onlar istədiklərinə nail ola bilməyəcəklər. Çünki davamlı olaraq pulsuzluqdan danışmaq, deyinmək iş sahəsində də mənfi enerji yayır.
İkinci səbəb çox şeyə inanmamaqdır. Əgər insan özünü əla nəticələr əldə etmək üçün proqramlaşdırmasa, özünü onlara layiq hesab etməsə, çətin ki, nəyəsə nail ola bilsin.
Maddi gəlirlərə mane olan digər bir şey isə hədəflərin olmamasıdır. Əgər insan mücərrəd şəkildə arzuladığı pul haqqında düşünürsə, sadəcə olaraq daha çox pula sahib olmaq istəyirsə, onun arzusu baş tutmayacaq. Nəyə görə, hansı problemləri həll etmək və ya hansı planları həyata keçirmək üçün pula ehtiyacınız olduğunu aydın başa düşməlisiniz. Yəni birinci növbədə bir məqsədiniz olmalı və onun uğrunda mübarizə aparmalısınız.
Astroloqun son məsləhəti ondan ibarətdir ki, insan gərək özünə pul xərcləməkdən çəkinməsin. İnsan özünə qarşı xəsis olmamalıdır. Belə olan halda pul ondan daha da qaçacaq.