İlk baxışdan bir uşaq və ya yaxınlarınız üçün portağal soymağın heç bir qəbahəti yoxdur. Ancaq xalq mifinə görə, yalnız meyvəni yeməyi planlaşdıran şəxs sitrus meyvəsinin qabığını çıxarmalıdır. Bu tövsiyəyə məhəl qoymamağın dəhşətli nəticələrə səbəb ola biləcəyinə inanılır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur inanca görə, başqa bir insan üçün sitrus meyvəsini soymağa dəyməz. Hesab olunur ki, bu halda meyvə verən şəxs xoşbəxtliyini itirəcək, uğursuzluqları həyatına cəlb edəcək.
Bəs, soyulmuş portağal dilimlərini paylaşmaq olarmı?
Bunun fərqi yoxdur. Əsas odur ki, portağalı soyan şəxs də bu meyvənin istehlakında iştirak edir.